“Vesta Construction” Mənzil-Tikinti Kooperativinin (MTK) sahibi Ceyhun Musarza oğlu Quliyev 1 milyon manatdan artıq dələduzluqda ittiham olunaraq həbs edilib.
Denmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkət rəhbəri çoxsaylı vətəndaş şikayətləri əsasında polis tərəfindən saxlanılıb.
İttihama görə, “Vesta Construction” MTK tərəfindən eyni mənzillər bir neçə şəxsə satılıb. Bu yolla çoxsaylı mənzillərin təkrar satışının həyata keçirildiyi iddia olunur.
Ceyhun Quliyevə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham irəli sürülüb.
Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, sözügedən tikinti şirkəti ilə bağlı daha əvvəl də vətəndaş şikayətləri daxil olub.

