Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçən 27 yaşlı Çərkəz Fətullayevi avtomobil vurub. Piyada aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

