Bakının Xəzər rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Denmedia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Xəzər rayonunun Türkan bağlar yaşayış massivinə təbii qazın verilişi müvəqqəti məhdudlaşdırılacaq.
Qaz təchizatında fasilə təmir-quraşdırma işləri başa çatanadək davam edəcək.

