ABŞ-da müdafiə naziri Pit Heqsetin vəzifədən uzaqlaşdırılması tələbləri güclənir. Nyu-York ştatından konqresmen, Demokratlar Partiyasının Nümayəndələr Palatasındakı lideri Hakim Ceffris Pentaqon rəhbərinə qarşı impiçment prosedurunun başladılmasını tələb edib.
Denmedia.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, Ceffris Heqseti səlahiyyətlərindən sui-istifadə etməkdə və ABŞ-ın milli təhlükəsizliyinə zərər vurmaqda ittiham edib.
“Əgər Prezident Tramp onu vəzifəsindən uzaqlaşdırmasa, Pit Heqsetə qarşı impiçment proseduru başladılmalıdır. Əlbəttə, o, getməlidir”, – deyə konqresmen vurğulayıb.
Qeyd edək ki, Demokratlar Partiyası Hakim Ceffrisin namizədliyini ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri vəzifəsinə irəli sürüb

