Sumqayıtda dəm qazı 24 yaşlı qızın ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.
Bu barədə Denmedia.az-a mərhumun qonşuları məlumat verib.
Belə ki, 2002-ci il təvəllüdlü Aygül Əskərova yaşadığı evdə dəm qazından zəhərlənib. O, hadisə nəticəsində ölüb. Yaxınların və qonşuların məlumatına görə, qız nişanlı imiş və bu yaxınlarda toyu olacaqmış.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

