Türkiyəli məşhur aktyor Feyyaz Şərifoğlunun ailəsi ağır yol-nəqliyyat hadisəsi ilə üzləşib. Aktyorun aparıcı həyat yoldaşı Merve Dinçkol Şərifoğlunun və 4 aylıq qızı Defne Yazın olduğu avtomobilə yük maşını çırpılıb.
Denmedia.az xəbər verir ki, hadisə İstanbulda TEM avtomagistralında baş verib.
Avtomobildə Merve Dinçkol Şərifoğlu və körpəsi ilə yanaşı, aparıcının anası və uşağın dayəsi də olub. Arxadan gələn yük maşınının çırpılması nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib.

Xoşbəxtlikdən, təhlükəsizlik kəmərlərinin taxılması sayəsində avtomobildə olanlar qəzadan yüngül xəsarətlərlə qurtulublar. Xəstəxanaya çatdırılan ailə üzvləri tibbi müayinədən keçirildikdən sonra evə buraxılıblar.
Hadisə zamanı Rizədə olan Feyyaz Şərifoğlu həyat yoldaşı və körpəsinin qəzaya düşdüyünü öyrənən kimi İstanbula qayıdıb.

Qeyd edək ki, Feyyaz Şərifoğlu və Merve Dinçkol Şərifoğlu bir müddət əvvəl ilk övladları Defne Yazı qucaqlarına alıblar. Cütlüyün cəmi 4 aylıq körpəsinin də olduğu avtomobilin ağır qəzaya düşməsi ailəyə böyük qorxu yaşadıb.

