Milli Məclisin deputatı Asif Yunis oğlu Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib.
Denmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Asif Əsgərov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə yüksək dövlət təltifinə layiq görülüb.
Qeyd edək ki, bu gün Milli Məclisin deputatı Asif Əsgərovun 60 yaşı tamam olur.

