ABŞ-ın ilk prezidenti Corc Vaşinqtona məxsus bir tutam saç hərracda 4000 dollara satılıb. İki əsrdən artıq müddətdə çərçivədə qorunub saxlanılan tarixi yadigarın yeni sahibinin kimliyi açıqlanmayıb.
Denmedia.az BBC-yə istinadən xəbər verir ki, bu barədə hərrac evi məlumat yayıb.
Corc Vaşinqtona məxsus bir neçə saç nümunəsi bu günədək qorunub saxlanılıb. Onlardan ən azı 50-si ABŞ-ın ilk prezidentinin vaxtilə yaşadığı Maunt-Vernon iqamətgahının kolleksiyasında yer alır.

Maraqlıdır ki, son hərracda əldə olunan məbləğ əvvəlki satış rekordundan xeyli aşağı olub. Belə ki, 2021-ci ildə Vaşinqtona məxsus üç tutam saçın saxlanıldığı medalyon təxminən 40 min dollara satılmışdı.
Həmin saç nümunələrinin prezidentin ölümündən qısa müddət əvvəl və ya vəfatından dərhal sonra kəsildiyi ehtimal olunur.

