Astara rayonunda polis əməkdaşları və sərhədçilərin birgə keçirdikləri əməliyyat nəticəsində 10 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə keçirilən əməliyyat zamanı A.Əhədov, E.Taleh və əvvəllər məhkum olunmuş E.Babazadə saxlanılıblar.
Həmin şəxslərdən ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

