İsrailin Qəzza şəhərinə endirdiyi aviazərbə nəticəsində həlak olanların sayı 7-yə çatıb, azı 15 nəfər isə yaralanıb. Bu barədə 27 mayda “Al Jazeera” telekanalı məlumat yayıb.
“Həlak olanların sayı hazırda 7-yə yüksəlib, azı 15 nəfər yaralanıb”, deyə məlumatda qeyd olunub.
Əl-Şifa tibb müəssisəsi və WAFA agentliyinin məlumatına görə, qurbanların sayı zərbənin nəticələrinin yenidən qiymətləndirilməsindən sonra artıb.
Bildirilib ki, yaralılar xəstəxanaya çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir.
Hesabata əsasən, İsrailə məxsus hərbi təyyarə şəhərin mərkəzi hissəsində, bələdiyyə parkı yaxınlığında yerləşən Ömər Əl-Muxtar küçəsində, Əl-İsraa qülləsi ərazisindəki evə iki raket atıb.

