İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın gözlənilən sülh sazişinin imzalanması ilə bağlı açıqlamalarını spekulyativ adlandırıb.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
Diplomatın sözlərinə görə, mümkün sazişin imzalanacağı vaxt və məkan barədə məlumat hələ təsdiqlənməyib.
Bəqai vurğulayıb ki, bu məsələ ilə bağlı yekun razılaşma əldə olunmayıb. Onun sözlərinə görə, son aylarda Vaşinqton danışıqlar prosesi zamanı mövqeyini dəfələrlə dəyişib.

