Bəhreyndə hava həyəcanı elan edilib, sakinlərə təhlükəsiz yerlərə sığınmaq çağırışı olunub.
Bu barədə krallığın Daxili İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
“Həyəcan siqnalları səsləndirilib. Vətəndaşları və ölkə sakinlərini sakit olmağa, ən yaxın təhlükəsiz yerə üz tutmağa çağırırıq”, — deyə nazirliyin açıqlamasında bildirilib.
Hava həyəcanının hansı səbəbdən elan edildiyi açıqlanmayıb.

