Kiyevdə hava həyəcanı elan edildiyi vaxt güclü partlayış səsləri eşidilib. Bu barədə Ukraynanın “Strana.ua” telekanalı sosial şəbəkə hesablarında məlumat yayıb.
Şahidlər Dnepropetrovsk, Nikolayev və Xarkovda da partlayışların baş verdiyini bildiriblər.
Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, hazırda hava həyəcanı siqnalları ölkənin demək olar ki, bütün ərazisində səslənir. İstisna yalnız Odessa vilayəti və bir neçə qərb regionudur.
Məlumata görə, ölkənin bir neçə böyük şəhəri hücuma məruz qalıb. Mümkün dağıntılar və xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir.

