Polşanın şərqində yerləşən Lublin şəhərində raket təhlükəsi elan edilib, şəhər boyunca hava həyəcanı sirenləri işə düşüb.
Bundan əvvəl Polşa növbətçi hərbi təyyarələri havaya qaldırıb. Eyni zamanda ölkənin hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Polşa hərbçiləri görülən tədbirlərin preventiv xarakter daşıdığını və sərhədyanı ərazilərin təhlükəsizliyini təmin etməyə yönəldiyini bildiriblər.
Sakinlərə sakit qalmaq və yalnız rəsmi mənbələrin məlumatlarını izləmək tövsiyə olunub.

