Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi maliyyə piramidaları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Agentlik bu cür maliyyə sxemlərinin mahiyyəti və iş prinsipləri barədə maarifləndirici videoçarx hazırlayıb.
Bildirilib ki, maliyyə piramidaları qısa müddətdə yüksək və zəmanətli gəlir vəd edərək insanları cəlb edir. Lakin bu sistemlərdə gəlir real iqtisadi fəaliyyətdən deyil, əsasən yeni iştirakçıların yatırdığı vəsait hesabına formalaşır.
Videoçarxda şübhəli maliyyə təkliflərinin müəyyənləşdirilməsi və investisiya qərarı verməzdən əvvəl məlumatların yoxlanılması ilə bağlı tövsiyələr də yer alıb.
Agentlik vətəndaşları şübhəli qazanc vədlərinə inanmamağa və yalnız etibarlı məlumatlara əsaslanmağa çağırıb.

