ABŞ və İranın bu həftə Pakistanın paytaxtı İslamabadda görüş keçirməyi planlaşdırdığı bildirilir. Bu barədə Axios məlumat yayıb.
Məlumata görə, İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd-Baqir Qalibafın rəhbərlik etməsi gözlənilir. ABŞ tərəfini isə Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff, Donald Trampın kürəkəni Cared Kuşner və ehtimal ki, vitse-prezident Cey Di Vens təmsil edə bilər.
Mənbənin məlumatına əsasən, bu vaxta qədər tərəflər Türkiyə, Misir və Pakistan vasitəsilə dolayı danışıqlar aparıblar. Bildirilir ki, bu kanallar vasitəsilə Stiv Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçi ilə əlaqə saxlayıb.
Agentlik qeyd edir ki, danışıqların gələcək gedişi üçün bu gün planlaşdırılan Vaşinqton və Tehran arasında telefon danışığı həlledici əhəmiyyət daşıyır.

