Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə bu gün Bakının mərkəzində hərbi qulluqçuların hərbi orkestrlərin müşayiəti ilə təntənəli yürüşləri başlayıb.
Yürüşlər saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə keçiriləcək:
1 nömrəli marşrut: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami adına Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz vağzalı.
2 nömrəli marşrut: Şəhidlər xiyabanı – “Alov qüllələri” kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metro stansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla Teatrı – Azneft meydanı – Bəhram Gur abidəsi.
3 nömrəli marşrut: H. Musabəyov adına park – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı.
4 nömrəli marşrut: “Olympic Star” idman-əyləncə mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi abidəsi – Neftçilər prospekti.
5 nömrəli marşrut: Nəriman Nərimanovun abidəsi – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev Sarayı – Azərbaycan Mərkəzi Bankı – “28 Mall” ticarət mərkəzi.
Qeyd edək ki, bu gün Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında da hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir.

