Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə COP31 konfransında Azərbaycanın da iştirakı ilə hazırlanan “Belen Missiyası – 1,5°C” adlı qlobal hesabat ictimaiyyətə təqdim olunub.
Bu barədə Azərbaycanın iqlim məsələləri üzrə nümayəndəliyinin açıqlamasında bildirilib.
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı sənədin əsas məqsədi ölkələrin iqlim öhdəliklərinin yerinə yetirilməsinə dəstək vermək və qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaqdır.
Hesabat 2025-ci ildə Braziliyada keçirilən COP30 konfransında COP29, COP30 və COP31 sədrliklərinə verilən mandat əsasında hazırlanıb.
Sənəddə istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişmələrinin təsirlərinə davamlılığın artırılması və yeni iqtisadi imkanların yaradılması istiqamətində həll yolları təqdim edilib.
Tövsiyələr energetika, sənaye, kənd və meşə təsərrüfatı, okean ekosistemləri, səhiyyə və şəhərsalma sahələrini əhatə edir.
Hesabatın rəsmi təqdimatı noyabrın 16-da Antalyada COP31 çərçivəsində keçiriləcək yüksək səviyyəli tədbirdə baş tutacaq.

