Kuba ABŞ-nin adaya qarşı mümkün hərbi əməliyyat təhlükəsini ciddi qəbul edir və əhalini ölkənin müdafiəsinə hazırlamaq üçün müntəzəm tədbirlər keçirir.
Bu barədə Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Qusman TASS agentliyinə açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, ölkədə hər həftənin cümə günü əhalinin mümkün hərbi təhlükələrə qarşı hazırlığına həsr olunur.
“Biz bu təhlükəyə son dərəcə ciddi yanaşırıq. Buna görə də Kubada hər cümə gününü müdafiəyə həsr edirik. Məqsəd bütün xalqı suverenliyimizi, müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa hazırlamaqdır. Biz hərbi müdaxilə də daxil olmaqla, istənilən ssenariyə hazır olmalıyıq”, – deyə Qusman vurğulayıb.

