Amerikalı milyarder və sahibkar İlon Mask “Neuralink” texnologiyasının gələcəkdə iflic olan insanların yenidən hərəkət etməsinə imkan yaradacağını bildirib.
Mask bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, “Neuralink” yaxın illərdə iflic olan insanların yenidən yeriməsinə və əllərindən istifadə etməsinə şərait yarada biləcək.
“Yaxın illərdə Neuralink insanlara yenidən yerimək və əllərindən istifadə etmək imkanı verəcək”, – deyə Mask qeyd edib.

