Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü münasibətilə paylaşım edib.
Nazirliyin paylaşımında bildirilib:
“Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür.
Dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət Atatürkün əziz xatirəsini dərin ehtiram və hörmətlə yad edirik.”

