Dənizkənarı Milli Park ərazisində qayalıqda köməksiz vəziyyətdə qalan 20 yaşlı gənc xilas edilib.
Hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.
“112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.
Məlumata görə, 20 yaşlı Mədət Fərhad oğlu Əliyev ehtiyatsızlıq nəticəsində dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalıb.
Gənc dalğıclar tərəfindən təhlükəli ərazidən təxliyə edilib.

