Türkiyənin məşhur “Uzak Şehir” serialında Alya Albora obrazını canlandıran Sinem Ünsal bu dəfə geyimi deyil, qolundakı saatla diqqət çəkib.
“Kanal D”də yayımlanan serialın son bölümündə qara libasını qızılı rəngli zinət əşyaları ilə tamamlayan aktrisanın saatı marağa səbəb olub.
Saatın təxminən 1 milyon 520 min türk lirəsi dəyərində olan lüks modelə bənzədiyi bildirilib.

Sözügedən model 18 əyarlı sarı qızıldan hazırlanıb. Qızıl korpusu və qolbağı ilə seçilən bu aksesuar həm saat, həm də zinət əşyası kimi istifadə olunur.
Lakin Sinem Ünsalın serialda taxdığı saatın məhz həmin model olduğu və qiymətinin 1 milyon 520 min lirə təşkil etdiyi təsdiqlənməyib.

