Türkiyənin tanınmış aparıcısı Saba Tümer şəxsi həyatı və kişilərdə axtardığı xüsusiyyətlərlə bağlı açıqlamaları ilə diqqət çəkib.
Melis İşitenin aparıcılıq etdiyi “Zaten Şov” proqramına qonaq olan Tümer ideal kişidə görmək istədiyi beş xüsusiyyəti sadalayıb.
“Birlikdə əylənə biləcəyim, yaxşı öpüşən, çox zarafatcıl, çox varlı və gözəl qoxan biri olmalıdır”, – deyə aparıcı bildirib.
Saba Tümer keçmiş münasibətlərindən də danışaraq ən uzunmüddətli münasibətlərinin Xərçəng bürcündən olan kişilərlə yaşandığını söyləyib.
“Ən uzun münasibətlərim həmişə Xərçəng bürcündən olan kişilərlə olub. Artıq onların nə qədər məharətlə yalan danışdıqlarını biləcək qədər təcrübəliyəm. Tövbə!” – deyə o, zarafatla qeyd edib.

Aparıcı münasibətlərdə fiziki cazibənin və qarşılıqlı uyğunluğun vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iki insan arasındakı fiziki uyğunluğu məcburən yaratmaq mümkün deyil.
Tümer müasir insan münasibətlərində səmimiyyətin azaldığını da bildirib.
“Hamı mənə süni gəlir”, – deyən aparıcı həm dostluq, həm də romantik münasibətlərdə insanların özlərini olduğundan fərqli göstərməyə çalışdıqlarını söyləyib.
O, şəxsi həyatında seçici davrandığını və yeni birini həyatına daxil etməyin artıq əvvəlki qədər asan olmadığını qeyd edib.

