ABŞ Prezidenti Donald Tramp demokratların ona qarşı yenidən impiçment proseduruna başlamaq cəhdinə əl atacaqlarına inanmadığını bildirib.
Tramp bu barədə CBS News telekanalına müsahibəsində danışıb.
“Bunu təsəvvür edə bilmirəm. Onlar artıq belə bir addım atıblar. Mənə qarşı iki dəfə impiçment elan ediblər. Hətta bunun mənim xeyrimə işlədiyini deyənlər də var”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin demokratları təhqir etmədən onlarla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.
Pentaqon rəhbəri Pit Heqsetə qarşı mümkün impiçment məsələsinə də münasibət bildirən prezident bunu ədalətsiz adlandırıb.
“Onlar ona impiçment elan etmək istəyirlər. Bu, çox ədalətsizdir. Biz iki müharibə apardıq və hər ikisində qalib gəldik. Venesuelada da, İranda da qalib gəldik”, – deyə Tramp vurğulayıb.

