Şuşada 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə geniş konsert proqramı təşkil olunub.
Tədbir Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı və Qarabağ Universitetinin dəstəyi ilə keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim edərək şəhər sakinlərinə bayram sevinci yaşadıblar.
Konsert proqramının sonunda Şuşa səması möhtəşəm atəşfəşanlıqla işıqlanıb.

