ABŞ Konqresinin Nümayəndələr Palatasına Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnamə layihəsi təqdim edilib.
Sənədin təşəbbüskarı Kentukki ştatını təmsil edən respublikaçı konqresmen Tomas Messidir.

Nümayəndələr Palatasında çıxış edən Messi qətnamədən bəzi hissələri səsləndirərək Heqsetin İranla münaqişə zamanı atdığı addımlara görə vəzifəsindən uzaqlaşdırılmalı olduğunu bildirib.
Sənəddə Pentaqon rəhbərinin İrana qarşı müharibəyə başlamaq üçün verilən qanunsuz əmrləri bilərəkdən yerinə yetirdiyi iddia olunur.
Konqresmenin sözlərinə görə, hərbi əməliyyatlar Konqresin razılığı olmadan başladılıb.
Messi həmçinin vurğulayıb ki, həmin vaxt İran ABŞ üçün birbaşa təhlükə yaratmayıb.

