Hollandiyada əyləncə parkında baş verən bədbəxt hadisə nəticəsində işçilərdən biri bir gözünün görmə qabiliyyətini itirib.
Hadisə pnevmatik tüfənglə hədəfə atəş açılan oyun meydançasında qeydə alınıb.
Məlumata görə, oyunda iştirak edən qadın tüfəngi hədəfə tuşlayarkən əməkdaşlar ondan gözləməsini istəyiblər. Lakin qadın xəbərdarlığa məhəl qoymayaraq atəş açıb.
Bu zaman başını qaldıran oyun meydançasının əməkdaşının gözünə tüfəngdən çıxan saçma dəyib. Nəticədə işçi bir gözünün görmə qabiliyyətini itirib.
Hadisənin yayılan görüntülərində ətrafdakı insanların sakit davranması da diqqət çəkib. Bununla belə, həmin görüntülər hadisədən sonra yaralıya kömək göstərilmədiyi anlamına gəlmir.
Hadisə əyləncə məkanlarında təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyini bir daha gündəmə gətirib.

