ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra jurnalistin gözlənilməz sualı ilə üzləşib.
Noyabrın 6-da Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandıran Tramp Floridaya yola düşmək üçün prezident helikopteri “Marine One”a doğru hərəkət edərkən Britaniyanın “Sky News” telekanalının beynəlxalq məsələlər üzrə redaktoru Dominik Vaqorn ona səslənib.
“Cənab Prezident, məğlub olmaq necə hissdir?” – deyə jurnalist soruşub.
Tramp suala cavab vermədən yoluna davam edib. Həmin anlar kameralara düşsə də, ABŞ Prezidentinin sualı eşidib-eşitmədiyi dəqiqləşməyib.
Jurnalist daha sonra açıqlamasında Trampdan həm İranla bağlı vəziyyət, həm də respublikaçıların seçki məğlubiyyəti barədə soruşmaq istədiyini bildirib. Onun sözlərinə görə, prezident İranla aparılan danışıqlara dair sualını cavablandırıb, lakin seçki nəticələri ilə bağlı sualı cavabsız qalıb.
Vaqorn helikopterin mühərriklərinin səs-küyü səbəbindən sualı ucadan verdiyini qeyd edib.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-də keçirilən aralıq seçkilərdə demokratlar Konqresin hər iki palatasında – Nümayəndələr Palatası və Senatda çoxluğu qazanıblar.
Trampın jurnalistin sualına cavab verməməsi Britaniya və ABŞ mediasında geniş müzakirələrə səbəb olub.

