“Həyat üçün şans” reabilitasiya mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.
“Den.az” xəbər verir ki, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasiyentlərdən birinin işgəncə nəticəsində ölməsidir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi də araşdırılır.
Qeyd edək ki, Bakıda və Abşeronda bir neçə reabilitasiya mərkəzləri mövcuddur. Narkomaniyadan əziyyət çəkən şəxslər bu mərkəzlərə müraciət edərək, sağlamağa çalışırlar. Lakin bu tipli müəssisələrdə bəzən ölümlə nəticələnən neqativ hallar da baş verir. Qafqazinfo.az
Reabilitasiya mərkəzində ölüm - Elgiz Alxanov həbs olundu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.