DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt ərazisində motosikletlərin iştirakı ilə baş vermiş bəzi qəzaların görüntülərini yayıb.
“Den.az” xəbər verir ki, hadisələrə sürücülərin işıqforun qırmızı işığında hərəkət etməsi səbəb olub.
Mərkəzin sektor müdiri Ömər Xıdırov bildirib ki, Bakıda müxtəlif vaxtlarda baş verən bu qəzalara diqqət yetirdikdə istər minik avtomobilinin, istərsə də motosikletin sürücüsünün işıqforun qadağanedici siqnalını heçə sayması və yolu gəldiyi sürətlə keçməsi məlum olur: “İşıqforun qırımızı işığından keçməyin təhlükəli olması, bunun acı nəticələri ilə bağlı bir neçə dəfə videoməlumat paylaşmışıq. Ancaq, təəssüflər olsun ki, bəzi sürücülər nədənsə işıqforların qırmızı işığından keçməyin nə qədər təhlükəli olduğunun fərqində deyillər. NİİM diqqətə çatdırır ki, işıqforun qırmızı işığından keçmək ağır fəsadlara səbəb ola bilər. Buna görə də işıqfora yaxınlaşdıqda sürəti azaltmalı, lazım olan təhlükəsizlik tədbirlərini görməli və siqnalların tələblərinə riayət olunmalıdır”.
Qeyd edək ki, görüntülərdəki birinci hadisə ötən ilin noyabrın 18-i baş verib.
Hadisə zamanı iki motosiklet yolayrıcını keçərkən “Changan” və “Toyota” markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində motosikletlərin sürücüləri və sərnişini ağır xəsarət alıblar. Bunlar 2002-ci il təvəllüdlü Zeynalabdin Elçin oğlu Tağıyev, 1989-cu il təvəllüdlü Sehran Əli oğlu Məhərrəmov və 1991-ci il təvəllüdlü Vüsal Kamil Allahverdiyev oğludur.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, üç yaralı xəstəxanaya yerləşdirilib, ikisinin ayaq sümükləri sınıb. Onlar cərrahi əməliyyat edildikdən sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
İkinci hadisə isə bu il fevralın 28-i qeydə alınıb.
Bakıda motosikletçilərin düşdüyü dəhşətli qəzanın - Videosu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.