Başqırdıstanda evdə baş verən yanğın zamanı 6 nəfər ölüb.
Den.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Davlekanovski rayonunun Vperyod kəndində baş verib. Ölənlərdən beşinin uşaq olduğu qeyd olunur.
İlkin məlumatlara görə, yanğın gecə saatlarında ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində asma tavanın yanması nəticəsində başlayıb.
Xilasedicilər yanan evdən 5 uşağın – 2017 və 2019-cu il təvəllüdlü üç qız, eləcə də 2021-ci il təvəllüdlü iki oğlanın meyitlərini aşkar ediblər. 33 yaşlı kişi də yanğının qurbanı olub.
Yanğınsöndürənlər gələn zaman açıq yanma müşahidə edilməyib. Fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına beş mütəxəssis və iki texnika cəlb olunub.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
İkimərtəbəli ev yandı, 5-i uşaq olmaqla 6 nəfər öldü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.