Bərdə rayonunda qadın "Tiktok"da mübahisə etdiyi şəxsi bıçaqlayıb.
Den.az Trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova "Tiktok" sosial şəbəkəsində mübahisə etdiyi 1992-ci il təvəllüdlü Ceyhun Zeynalova bıçaq zərbəsi vurub. Yaralı Bərdə mərkəzi xəstəxanasına yerləşdirilib.
T. Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarət alan şəxsin Vətən Müharibəsi iştirakçısı olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.