“Skype” platforması fəaliyyətini dayandırıb.
Den.az xəbər verir ki, bu barədə "Microsoft" şirkəti məlumat yayıb. Məlumata görə, şirkət istifadəçilərə "Microsoft Teams" platformasından istifadə etməyi tövsiyə edib. Qeyd edək ki, “Skype” platforması 2003-cü ildə istifadəyə verilmişdi. “Skype” maraqla qarşılanıb və milyonlarla insan tərəfindən istifadə edilib. Ardınca “Microsoft” “Skype” platformasını almışdı. Lakin müasir imkanlara malik platformaların istifadəyə verilməsindən sonra “Skype” nüfuzunu itirib.
2017-ci ildə isə “Microsoft” “Teams” platformasını istifadəyə verib. “Teams” xidmətlərinə görə “Skype” platformasına bənzəyir.