Xəbər verdiyimiz kimi, Bakı-Quba Yolunda 1 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Den.az-ın qaynar xəttinə daxil olan məlumata əsasən, qəzada həyatını itirən sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu, 44 günlük Vətən Müharibəsi qazisidir.
Belə ki, Bakı-Quba yolunda baş vermiş ağır qəza nəticəsində o aldığı xəsarətlərdən həyatını itirib.
Ruslan Rzayev, 1986-cı ildə dünyaya gəlmiş və Vətən Müharibəsi zamanı cəsur döyüşlərdə iştirak edib.
Məlumat üçün bildirək ki, Qazi Ruslan Rzayev Qubadlı, Xocavənd , Füzuli raynlarında, eləcədə Şuşada gedən döyüşlərdə qəhrəmanlıq göstərərk vuruşub.
Nizami Rəsulov
Den.az