Xızı rayonunda baş verən kütləvi heyvan oğurluğu yerli təsərrüfat sahibləri arasında ciddi narahatlıq yaradıb. Oğurluq hadisəsi rayonun Qasımkənd ərazisində baş verib.
Hadisə barədə Den.az-a danışan təsərrüfat sahibi Yisif İsmayılovun sözlərinə görə, onlara məxsus 70-dən çox iri buynuzlu heyvan naməlum şəraitdə itib. Yisif İsmayılov bildirib ki, hadisə 3 gün bundan qabaq baş verib. Hər gün olduğu kimi, həmin gün də iri buynuzlu heyvanlar kəndin yaxınlığındakı yay otlaqlarına buraxılıb. Lakin axşam saatlarında, adətən geri qayıdan heyvanlar örüşdən geri dönməyib. Ən maraqlı tərəfi isə budur ki, illərdir heyvanlarını eyni əraziyə ötürən təsərrüfat sahibləri belə bir hadisənin baş verə biləcəyini ağıllarına belə gətirməyiblər. Onların sözlərinə görə, bu yaxınlarda qonşuluğa bir ailə köçüb. Hətta onların həyətinə gələrək heyvanlarına baxışda keçiriblər. Şübhələndikləri insanlar çoxdur. Ancaq bu qədər təsadüf ola bilməz deyirlər.
Yusif İsmayılov - Təsərrüfat sahibi
Axşam 10-11 gəlmədi mal. Nə qədər axtardıq. Mən özüm axtardım maşınla. Yoxa çıxıb mallar. Körpə balaları var deyə gələrdilər. Qalmazdılar. Mən özüm cəld tərpəndim getdim malların izinə düşdüm. Ordan aparılıb mallarım Qanlı Göl deyilən ərazidən, Pir deyilən ziyarətgah var ordan salınıb aşağı, qonşularımla, hətta polislərlə birlikdə ordan artıq yolsuzluq şəraitinə salıblar, ta gedə bilmədim. 1 gün 2 gün fırlandım maşınla tapa bilmədim.
Bildirilib ki, oğurlanan heyvanlardan 14-ü qonşunundur. Bildirilib ki, oğurlanan heyvanların ümumi dəyəri 150 min manata yaxındır. Bu hadisə kənd təsərrüfatı ilə məşğul olan ailələrin əsas dolanışıq mənbəyinə ciddi zərbə vurub. Qasımkənd sakinləri də bu kimi halların son dövrlərdə artdığını, lakin bu qədər genişmiqyaslı bir oğurluqla ilk dəfə qarşılaşdıqlarını bildirirlər.
Hadisə ilə bağlı bəzi faktlar ortaya çıxıb. Oğurlanan heyvanlardan 14-ü qabaqcadan həmin qonşuğa köçən ailənin yaxın qohumuna satılıbmış. Pulunu isə həmin qadına tam olaraq verilib. Ancaq heyvanları aparmayıblarmış. Bildirilib ki, heyvanlar oğurlanıb , amma həmin şəxslər qadından verdikləri pulu geri tələb etməyiblər. Söhbət 30-40 min manatdan gedir. Suallar çox, ancaq cavab yox. Daha bir fakt isə həmin qonşuğua köçən ailədə oğurluq maddəsi ilə məhkümluğu olan şəxsdə var...
Günay Qəhrəmanova - Təsərrüfat sahibi
Səhər tezdən durub ötürmüşük kəndin ayağındakı yaylağa. Sonra saat 1-dən 2-dən sonra götürüb aparıblar.
Oğurluq hadisəsi ilə bağlı dərhal Daxili İşlər Nazirliyinə müraciət olunub. Xızı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Yusif İsmayılovun sözlərinə görə, artıq polis əməkdaşları araşdırmalara başlayıb. Yerli sakinlər məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının daha effektiv tədbirlər görəcəyinə ümid edir və oğurluqla bağlı məsul şəxslərin tezliklə müəyyən edilərək cəzalandırılmasını gözləyirlər.
Nizami Rəsulov
Den.az