Abşeronda güclü yanğın başlayıb.
“Den.az” xəbər verir ki, hadisə Masazır qəsəbəsi, duz gölü ətrafında baş verib.
Məlumata görə, yanğın fərdi yaşayış evlərinin olduğu əraziyə yaxın yerdə meydana gəlib.
Hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.