Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi 3 nəfərin həyatını itirməsi ilə nəticələnib.
Den.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, “QAZ 3110” markalı avtomobilin su kanalına düşməsi nəticəsində yaxın qohum olan 1971-ci il təvəllüdlü Sərraf Qafarov, 1989-cu il təvəllüdlü Camal Dəmirov və 1987-ci il təvəllüdlü Ramiq Həsənov vəfat edib.
Onların suya düşən maşında boğularaq ölməsi məlum olub.
Qeyd edək ki, hər 3 şəxs əkin sahəsinə gedərkən hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Vəfat edən şəxslərin fotosunu təqdim edirik: