Abşeron rayonunun Masazır qəsəbəsində yüksək təzyiqli su xəttinin üzərində qanunsuz fərdi evin tikintisinin aparıldığı iddia olunub.
DenMedia.az-ın məlumatına görə, hadisə qəsəbənin Şəfiqə Axundova küçəsində yaşanıb.
Məlumata görə, ərazidə yerləşən yüksək təzyiqli su xəttinin təhlükəsizlik zonasında tikinti işlərinin aparıldığı barədə daxil olan məlumat əsasında dərhal tədbir görülüb. Əraziyə Su Ehtiyatları Dövlət Agentliyinin nümayəndələri, Abşeron Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və polis əməkdaşları cəlb olunub.
Ərazidə qanunsuz tikinti apardığı iddia edilən qazi Kənan Zeynalovun yaxını bildirdi ki, onlar torpağı alqı satqı ilə Sələmi adlı şəxsdən əldə ediblər. Lakin sonradan həmin ərazisinin saxta sənədlərlə qaziyə satıldığını biliblər. Bu da əraziyə aidiyyatı qurumların əməkdaşları gələndən sonra məlum olub. ADSEA-nın texnikaları isə ərazidə qazıntı aparsalarda lakin yüksək təzyiqli su xəttinin mənbəyini aşkar edə bilməyiblər.
Abşeron rayon İcra Hakimiyyətindən DenazTv-yə bildirilib ki, bəzi işbazlar Vətən Müharibəsi iştirakçılarının, qazilərin cəmiyyətimizdəki nüfuzundan istifadə etməyə, onlardan özlərinin qeyri-qanuni fəaliyyətlərində qalxan kimi istifadə etməyə, şaxsi maraqları naminə qaziləri dövlət qurumları ilə üz-üz qoymağa çalışırlar. Masazır kəndində isə qeyri-qanuni inşa olunan tikililər artıq sökülür. Belə ki, ərazinin monitorinqi zamanı Masazır kəndindən keçən Şollar su xəttinin kənarında heç bir icazəverici sənədi olmadan, o cümlədən su xəttinin mühafizə zolağına düşən hissədə tikinti işlərinin həyata keçirildiyi müşahidə edillib. Abşeron RİH əməkdaşları tərəfindən qeyri-qanuni tikinti işləri aparan şəxslərlə maarifləndirici söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah olunub. İnşası davam etidirlən tikililər sökülüb, digər tikililərin sahiblərinə isə ciddi xəbərdarlıqlar edilib. Onu da vurğulayaq ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə, müharibə iştiurakçılarına böyük diqqət və qayğı var, onlar həyatlarının hər bir mərhələsində dövlətimizin qayğısını hiss edirlər. Şəhid ailələrinə və müharibə iştiraçkılarına göstərilən diqqət bundan sonra da davam etdiriləcəkdir.
Hazırda məsələ ilə bağlı Hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.