10 gün əvvəl kiloqramı 70-90 qəpiyə təklif olunan xiyar ötən şənbə və bazar günlərində 3-4 manata satılıb. Qısa zamanda rekord səviyyədə qiymət artımı təbii ki, müəyyən suallar doğurur.
Kəskin qiymət artımının səbəbləri nədir?
Den.az xəbər verir ki, məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, kəskin qiymət artımının bir sıra səbəbləri var:
“Əsas səbəb odur ki, mövsümlə əlaqədar olaraq açıq havada məhsul yetişdirilməsi başa çatıb. Bunun nəticəsində, bazara daha az məhsul çıxarılıb. Tələb təklifi üstələdiyinə görə də qiymətlər artıb.
Digər bir səbəb isə Yeni ilin yaxınlaşmasıdır. Bildiyimiz kimi, hər bayram yaxınlaşanda istehlak bazarında qiymət artımları baş verir. Bu dəfə işbazlar bir qədər tələsib. Başqa bir səbəbsə Yeni ilə görə xaricə məhsul ixracının artmasıdır. Bu səbəblərə görə bazarda məhsul qıtlığı yaranıb”.
Azərbaycanda bu məhsulun qiyməti kəskin artdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.