Braziliyada çinli bir vətəndaşı quldur gülləsindən onun kürəyindəki noutbuk xilas edib.
DenMedia.az xəbər verir ki, bu barədə Mothership nəşri məlumat yayıb.
Hadisə San-Paulu şəhərində baş verib. Çjan adlı çinli işgüzar səfər üçün Braziliyaya gəlmişdi.
1 oktyabr axşamı o, yanacaqdoldurma məntəqəsində hava limanına getmək üçün maşın gözləyirmiş. Yanında çantası, kürəyində isə noutbuk olan çantası var imiş.
Bir qədər sonra bir neçə silahlı şəxs avtomobildən düşərək ona yaxınlaşıb və bütün qiymətli əşyalarını tələb edib.
“Çantamda kompüter və vacib sənədlər var idi, ona görə dönüb qaçdım,” – deyə Çjan bildirib.
O, təxminən 40 metr qaçdıqdan sonra quldurların onun baqajını götürüb uzaqlaşdığını görüb.
Yanacaqdoldurma məntəqəsinin əməkdaşları polis çağırıb, Çjan isə hava limanına yollanıb.
Təhlükəsizlik yoxlaması zamanı məlum olub ki, noutbuk onun həyatını xilas edib – içində güllə ilişib qalıb.
Çjan etiraf edib ki, hətta atəş açıldığını belə hiss etməyib.
Quldurluq nəticəsində təxminən 3 min Sinqapur dolları (190 min rubl) dəyərində zərər çəkib.
O həmçinin deyib ki, dostları onu San-Pauludakı cinayət riski barədə əvvəlcədən xəbərdar etmiş və qiymətli əşyaları özü ilə daşımamağı məsləhət görmüşdülər.