Astarada dünən toyu olan gəlin qəfil ölüb. Gəlinin 29 həftəlik hamilə olduğu deyilir.
Astara rayon Pəlikeş ərazi icra nümayəndəliyinə daxil olan Dolu kənd sakini 17 yaşlı Əfsanə İmanova ilə 20 yaşlı Amil Gövziyevlə dünən Deqədi kəndində, şadlıq saraylarından birində toy məclisi olub. Toyda gəlin özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib".
17 yaşlı gəlinin hansı səbəbdən öldüyü, ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                