ABŞ-ın Kentukki ştatında yaşayan bir qadın poçtla gələn dərman qutusunu açarkən içərisində buz üzərində iki kəsilmiş insan əli və dörd barmaq aşkarlayıb. Hadisə barədə The New York Times məlumat yayıb.
“Qutunu açanda buzun üstündə iki insan əli və dörd barmaq gördü,” — xəbərdə deyilir.
Qadın dərhal təcili yardım xidmətlərinə müraciət edib, polis bağlamanı müsadirə edib. O, gözlədiyi dərman preparatlarını ertəsi gün ala bilib.
İlkin məlumatlara görə, insan ətrafları səhvən göndərilib — onlar tədris və ya tibbi məqsədlər üçün nəzərdə tutulubmuş və əslində Tennessi ştatının Neşvill şəhərindəki bir tibb müəssisəsinə çatmalıymış.

