Bir ay əvvəl Türkiyədə itkin düşən Moskva sakini və onun 10 yaşlı oğlu Suriya ilə sərhəd yaxınlığında aşkarlanıb.
Bu barədə Life nəşri Shot kanalına istinadən məlumat yayıb.
Məlumata görə, 32 yaşlı Daria və azyaşlı oğlu oktyabrın ortalarında yoxa çıxıblar. Qadın qohumlarına korporativ tədbirə gedəcəyini deyib, uşağı da götürərək İstanbula uçub və bundan sonra onlarla bütün ünsiyyəti kəsib.
Qohumlar bildiriblər ki, Dariyanın davranışı yoxa çıxmazdan əvvəl nəzərəçarpacaq dərəcədə dəyişib — o, qapalı, az danışan və özündən uzaqlaşmış biri kimi görünürdü.
Ana və uşaq Türkiyənin Suriya ilə sərhəddə yerləşən Adana şəhərinin ərazisində tapılıblar.
Shot-un məlumatına görə, qadının terror qruplaşmaları tərəfindən cəlb olunması ehtimalı araşdırılır. Hazırda ana və oğul yerli polisin nəzarətindədir. Onları İstanbula aparmaq və daha sonra Rusiyaya deportasiya etmək planlaşdırılır.

