Qazaxıstanın Almatı şəhərində zəlzələ baş verib. Bu barədə Tengrinews.kz Teleqram kanalı məlumat yayıb.
“Saat 12:45-də zəlzələ qeydə alınıb”, — deyə paylaşımda bildirilir.
Şəhər boyu sirenlər səslənir, sakinlər kütləvi şəkildə təxliyə olunur.
Google Alerts-in ilkin məlumatlarına görə, seysmik hadisənin maqnitudası 4,6 olub.
Avropa–Aralıq dənizi Seysmologiya Mərkəzinin məlumatına əsasən, Almatıda hiss olunan təkanlar Çinin Sintszyan bölgəsinin cənubunda qeydə alınmış 6,1 maqnitudalı zəlzələ ilə bağlıdır.

