Ceyranbatan qəsəbəsində 12 yaşlı Məmmədli Zəhra Rövşən qızı itkin düşüb.
Denmedia.az- a məlumat verən yaxınları bildirib ki, o, bu gün saat 14:00 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Zəhra evdən çıxarkən qara sportivni geyim, qara kurtka, ağ idman ayaqqabıları geyinib. Qızın qısa saçları var.
Hazırda onun yeri məlum deyil. Ailə və yaxınlar Zəhranı görən şəxslərdən dərhal hüquq-mühafizə orqanlarına və ya yaxınlıqdakı polis bölməsinə məlumat vermələrini xahiş edirlər.
İtkinlə bağlı araşdırma aparılır.
Ellada Rəsul

