“The Guardian”ın məlumatına görə, “Dostlar” serialının ulduzu Metyu Perrini qanunsuz şəkildə ketaminlə təmin edən həkim Salvador Plasensiya 30 ay müddətinə həbs cəzasına məhkum edilib.
Plasensiya məhkəmədə özünü təqsirli bilib. Nəşrin yazdığına görə, Perri lazım olan qədər dərman ala bilmədiyi hallarda daimi həkiminə müraciət edə bilməyəndə məhz Plasensiyaya üz tutub. Həkim təsdiqləyib ki, aktora ketamini qanunsuz şəkildə satıb, halbuki onun narkotik asılılığı barədə məlumatlı olub.
Məhkəmə sənədlərinə görə, həkim başqa bir həmkarına yazdığı məktubda aktyor haqqında belə deyib:
“Pul qazanmaq üçün istismar edilə biləcək axmaqdır.”

