Rusiyanın Voljski vilayətində “U gölü” atçılıq klubunda naməlum şəxs gecə saatlarında tövləyə daxil olaraq atları kimyəvi maddə ilə zəhərləyib. Bu barədə V1 məlumat verib.
Məlumata görə, həmin şəxs tövləyə girərək atların ağzına turşu töküb. Hadisə təhlükəsizlik kameralarına düşüb.
«Səhər bütün atları şişmiş vəziyyətdə, ağız boşluğunda yanıq izləri ilə tapdım. Yemək və su qəbul etmirdilər», — deyə klubun sahibəsi bildirib.
Onun sözlərinə görə, hazırda iki at su içə bilmir, biri isə nə su, nə də yem qəbul edir.
Qadın həmçinin iddia edib ki, həmin şəxs bu ilin yazında da analoji şəkildə atlara zərər vurub. Apreldə iki ata yuyucu vasitə inyeksiya edib və onları xilas etmək mümkün olmayıb. Klub sahibəsi bildirib ki, həmin şəxsin kimliyini tanıyır.

