Polşada kənd təsərrüfatı naziri Stefan Krajevskinin evinin qarşısına peyini tökən şəxs 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Wiadomości WP yazır.
Məlumata görə, 9 yanvar tarixində fermerlərin Avropa İttifaqı ilə MERCOSUR iqtisadi bloku arasında ticarət sazişinə qarşı etiraz aksiyaları zamanı naməlum şəxs nazirin evinin qarşısına təxminən 500 litr peyin töküb. Hadisədən sonra polis araşdırmaya başlayıb və şübhəli şəxsi saxlayıb.
İstintaq zamanı məlum olub ki, həmin şəxs nazirin hasarına zərər vurmağa cəhd edib, həmçinin Stefan Kraevski və onun həyat yoldaşını siyasi fəaliyyəti ilə bağlı hədələyib. Bildirilir ki, saxlanılan şəxs törətdiyi əməli video çəkərək sosial şəbəkələrdə paylaşıb.

