Qaradağda yaşayış binasında baş verən güclü yanğının qarşısı alınıb.
Bu barədə Den.az-a FHN-dən məlumat verilib.
Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 118 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 22 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
--------------------------------
Yaşayış binasında güclü yanğın başlayıb.
Den.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, güclü yanğın Bakı şəhəri, Qaradağ rayonu, “Bakı-Cənub qapısı yaşayış kompleksi” 16 mərtəbəli binanın 8-ci mərtəbəsində qeydə alınıb.
Hazırda əraziyə yanğın söndürənlər cəlb olunub.
Den.az